Aysun “Maşın”da yalan danışdı: "Kəmaləni çıxaracaqdım" - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Aysun “Maşın”da yalan danışdı: "Kəmaləni çıxaracaqdım" - VİDEO
Ötən gecə "Maşın” realiti-şousunun "Maskarad” adlı sürətində yetərincə səs toplamayıb oyundan çıxan müğənni Aysun İsmayılova layihədə yalan danışdığını etiraf edib.

Aysun oyun bitdikdən sonra bu haqda açıqlama verib. O bildirib ki, şouda aktyor Məcid Hüseynovu çıxaracağını desə də, oyunda qaldığı təqdirdə sağ göstərib, sol vuracaqdım.

"Əsas odur ki, oyunda uduzdum, həyatda uduzmayım. Burada satqınlar, yalançılar, maskası çox olan insanlar var. Saf olduğum üçün hər dəfə onlara inanırdım. Hər kəsə təşəkkür edirəm. Bu gün "Maşın” şouda iştirak edirdimsə, böyükdür. İnanıram ki, xalq məni sevir, bu nəticə deyil. Kimə qismətdirsə, o da maşını qazansın. Deməli, mənim üçün xeyirlisi bu imiş. Qalib olsaydım, aparıcı Kəmalə Piriyevanı çıxaracaqdım”.

Qeyd edək ki, şouda Aysun 44,86 faiz səs topladığı üçün şounun aparıcısı Murad Dadaşov "Maşın əldən getdi” kəlməsi ilə İsmayılovanı evə yola salıb.


скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 075 09.10.19 15:14