Qaradağ rayonunda yük avtomobilinin aşması nəticəsində 1 nəfər xəsarət alıb.
Hadisə rayon ərazisində yerləşən daş karxanasında qeydə alınıb.
40 yaşlı Quliyev Malik Nazim oğlu idarə etdiyi “Kamaz” markalı avtomobillə yük boşaldan zaman nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb.
Nəticədə sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
/oxu.az/