Sabunçu rayon Balaxanı qəsəbəsində ağır qəza baş verib.
Median.Az xəbər verir ki, 10-RM-526 dövlət qeydiyyat nömrəli "VAZ" yolun əks istiqaməti ilə hərəkətdə olan "Opel" ilə toqquşub.
Hadisə nəticəsində xəsarət alan Dadaşov Mehman 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyəti ağır olduğundan dərhal əmliyyata alınıb.
Faktla bağlı araşdırma aparılır.//ölkə.az