Bakının Sabunçu rayonunda 19 yaşlı qız itkin düşüb.
Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, oktyabr ayının ikisi səhər saat 09:30 radələrində 2000-ci il təvəllüdlü İsmayılova Leyla Bayram qızı yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Bu barədə Sabunçu RPİ-nin 13-ü PB-nə onun atası İsmayılov Bayram Musa oğlu ərizə ilə müraciət edib.
Faktla bağlı araşdırma başladılıb.