15 gün əvvəl daş karxanasında üzərinə darvaza aşan şəxs öldü, cinayət işi başlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |     19:59 Rusiya müdafiə nazirinin müavini iki ay müddətinə həbs edilib  |    

15 gün əvvəl daş karxanasında üzərinə darvaza aşan şəxs öldü, cinayət işi başlandı

Bakıda 15 gün əvvəl daş karxanasının qarşısında koma vəziyyətində aşkar edilən şəxs xəstəxanada ölüb.

Median.Az
Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Yeni Ramana qəsəbəsindəki 16 saylı cəzaçəkmə məntəqəsinin yaxınlığındakı daş karxanasının qarşısında baş vermişdi.

Sentyabrın 25-də Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə müəssisəsinin arxasında fəaliyyətdə olan daş karxanasının qarşısında qəsəbə sakinlərindən biri uzanmış vəziyyətdə naməlum şəxsi aşkarlayaraq ətrafdakılara məlumat verib.

Həmin şəxs koma vəziyyətində təcili tibbi yardım briqadası tərəfindən Respublika Neyrocərrahiyyə Xəstəxanasına gətirilib. Araşdırmalar zamanı komatoz vəziyyətdə olan şəxsin Tovuz rayon sakini, 1968-ci il təvəllüdlü Bayramov Yusif Hüseyn oğlu olduğu müəyyən edilmişdi.

İlkin araşdırma zamanı məlum olub ki, Y.Bayramov daş karxanasında dəmir darvazanı açarkən darvaza aşaraq ona dəyib. Nəticədə o, koma vəziyyətinə düşüb.

Y.Bayramov oktyabrın 7-də xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            892 08.10.19 20:51