Novruz Məmmədov istefasından DANIŞDI » Median.Az - Bütün xəbərlər bir ünvanda


Novruz Məmmədov istefasından DANIŞDI
"Hazırda heç bir mətbuat orqanına müsahibə vermək fikrində deyiləm. Hər şey artıq deyilib”.

Median.Az
xəbər verir ki, bunu Modern.az-a açıqlamasında sabiq Baş nazir Novruz Məmmədov istefaya göndərilməsi məsələsinə münasibət bildirərkən deyib.

O, qeyd edib ki, əlavə nəsə danışması doğru deyil:

"Bu gün Milli Məclisdə Baş nazir məsələsi ətrafında daha ətraflı danışıldı. Milli Məclis üzvləri fikirlərini bildirdilər. Mənim əlavə nəsə danışmağım doğru olmaz”.

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün Azərbaycan Respublikasının yeni Baş nazirinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Əli Hidayət oğlu Əsədov Azərbaycan Respublikasının Baş Naziri təyin edilib.

Digər sərəncamla Novruz İsmayıl oğlu Məmmədov Azərbaycan Respublikasının Baş Naziri vəzifəsindən azad edilib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          519 08.10.19 20:46