Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:41 Fransada gənc futbolçu məşqdə öldü | 18:33 Minaya düşən traktorçunun bir əli amputasiya olundu | 18:12 Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb | 18:00 Mehriban Əliyeva COP31 Liderlər Sammitindən paylaşım etdi - FOTO | 17:56 Bir milyon manat mənimsəmədə ittiham olunan Raqif Abbasovun məhkəməsində hakim vəkilə xəbərdarlıq etdi | 17:51 Sabiq şöbə rəisinə yüksək vəzifə verildi | 17:44 Paşinyan Antalyada Azərbaycan mahnısının sədaları altında qarşılandı - VİDEO | 17:36 Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq | 17:08 Əcnəbilərin Azərbaycanda işləməsi və yaşaması ilə bağlı YENİLİK | 17:04 Dövlət komitəsinin sədri Gürcüstan səfiri ilə görüşüb | 16:57 Kafeni yandırıb ölümə səbəb olan şəxsin məhkəməsində zərərçəkən: "Ayaqlarım dizə qədər yanmışdı" | 16:50 DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq | 16:19 Ərdoğan Azərbaycana təşəkkür edib | 16:14 Azərbaycanlı bloqer Ermənistana buraxılmadı - Video | 16:12 İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib - FOTO | 16:08 Bayramdan sonra iş rejiminə qayıtmaq: Adaptasiya dövrünü necə asanlaşdıraq? | 15:50 Azərbaycanın təşəbbüsü BMT-də qəbul edildi | 15:42 Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun - Təklif | 15:39 Azərbaycanda yeni iş modeli tətbiq oluna bilər | 15:38 Minimum əməkhaqqının artırılması üçün ilk addım atıldı |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda çağırışçılar hərbi xidmətə yola salınıb

08.10.2019 20:10 2 103
Bakıda çağırışçılar hərbi xidmətə yola salınıb
Yasamal rayonunda çağırışçı gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) bildiriblər ki, Xidmətin Yasamal Rayon İdarəsinin şəxsi heyətinin, gənclərin, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələrinin, ziyalıların, ağsaqqalların, şəhid ailələrinin üzvlərinin, Qarabağ veteranları və valideynlərin iştirakı ilə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin adını daşıyan parkda keçirilən mərasimdə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.

Mərasimdə çıxış edən SHXÇDX-nin Yasamal Rayon İdarəsinin rəisi, polkovnik Polad İbrahimov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu prosesinin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Silahlı Qüvvələrimizin dünyanın ən güclü 50 ordusu sırasında yer almasının aparılan məqsədyönlü siyasətin, görülən ardıcıl tədbirlərin nəticəsi olduğunu diqqətə çatdırıb.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova ölkəmizdə gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində həyata keçirilən işlərin müsbət nəticələr verdiyini, gənclərin müddətli həqiqi hərbi xidmət keçmək üçün ordu sıralarına böyük ruh yüksəkliyi ilə yola düşdüklərini bildirib.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon şöbəsinin sədri Bəhram Şeydayev çağırışçıların vətənimizin keşiyində ayıq-sayıq dayanmalarının, hərbi xidmət zamanı nizam-intizamlı olmalarının, komandirlərin tapşırığını layiqincə yerinə yetirmələrinin vacibliyindən danışıb.

Şəhid atası İlham Hacıağayev çıxışında hər bir azərbaycanlının Silahlı Qüvvələrimizin gücünə, qüdrətinə güvəndiyini vurğulayıb. Tezliklə Azərbaycan bayrağının Xankəndində, Şuşada və işğal altındakı digər tarixi torpaqlarımızda dalğalanacağına inam ifadə edib.

Tədbirin sonunda çağırışçı gənclər üçrəngli bayrağımıza ehtiramlarını ifadə edərək ordu sıralarına yola düşüblər.//ölkə.az

Son xəbərlər