Saxtakarlığa görə 1068 vətəndaşın ünvanlı dövlət sosial yardımı almaq hüququ dayandırılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Saxtakarlığa görə 1068 vətəndaşın ünvanlı dövlət sosial yardımı almaq hüququ dayandırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımı (ÜDSY) təyinatının şəffaflaşdırılması və ünvanlılığının təmin edilməsi ilə bağlı davam edən araşdırmalar çərçivəsində daha 1068 vətəndaşa təyin edilən sosial yardım dayandırılıb.

Nazirlikdən oxu.az-a verilən məlumata görə, müəyyən edilib ki, ÜDSY almaq üçün bir qrup sahibkar vətəndaşlarla qısa müddətli əmək müqaviləsi bağlayıb və ÜDSY təyinatı aparıldıqdan sonra həmin müqavilələrə xitam verilib.

Həmçinin müqavilə bağlanan vətəndaşların sosial sığorta vəsaitlərinin ödənilmədiyi də müəyyən olunub.

Nazirlik tərəfindən bu istiqamətdə araşdırmalar davam etdirilir və araşdırmaların nəticələrinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulan tədbirlər görüləcək.

Ünvanlılıq və şəffaflıq prinsipi əsasında aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımına çıxışını təmin etmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq addımlar atılır.

Məlumat üçün bildirək ki, ÜDSY aztəminatlı ailələrə, yəni orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailələrə verilir. Aztəminatlı ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs ÜDSY-nin alınması üçün müraciət edə bilər.

Bunun üçün yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışı və həmin arayışa əsasən notariat orqanı tərəfindən təsdiq edilən təmsilçilik barədə ərizə lazımdı. Bundan sonra kompüter və ya mobil telefonlardan istifadə edərək elektron qaydada müraciət etmək mümkündür.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 894 08.10.19 16:47