Qayın ana və onun qızını beysbol dəyənəyi ilə vəhşicəsinə döydü » Median.Az - Bütün xəbərlər bir ünvanda


Qayın ana və onun qızını beysbol dəyənəyi ilə vəhşicəsinə döydü
Bakının Nəsimi rayonunda xuliqanlıq zəminində döyülmə hadisəsi baş verib.

Median.Az
xəbər verir ki, hadisə Mirəli Qaşqay küçəsində yerləşən mənzildə qeydə alınıb.

1981-ci il təvəllüdlü Şəfiqə Mollazadənin yaşadığı ünvana onun qaynı öz xanımı ilə qonaq gəlib. Bu zaman mənzildə onlar arasında mübahisə yaranıb.

Qayın beysbol dəyənəyi ilə əvvəlcə Ş.Mollazadəni, daha sonra 2000-ci il təvəllüdlü Lamiyə Mollazadəni döyüb. Hər iki yaralı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları cəlb edilib. Hadisəni törədən şəxs saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          707 08.10.19 11:46