Daha bir MMA döyüşçüsü vəfat etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda


Daha bir MMA döyüşçüsü vəfat etdi
Özbəkistandan olan MMA döyüşçüsü Bəyzad Nurmatov vəfat edib.

Median.Az
xəbər verir ki, o, oktyabrın 4-də Çeçenistanın paytaxtı Qroznıda keçirilən “Absolute Championship Akhmat 100” turnirində çıxış edib.

O, rusiyalı Beslan İsayevlə görüşdə hakimlərin qərarı ilə məğlub elan olunub. Dünən isə idmançı ölüb. 28 yaşlı idmançının ölümünün səbəbi bilinmir.

Qeyd edək ki, Bəyzad Nurmatov MMA karyerasına 2016-cı ilin dekabrında başlayıb. O, əlbəyaxa döyüşdə dünya çempionu və Dünya Kubokunun sahibi sayılırdı.

Onu da bildirək ki, ABŞ-da rusiyalı boksçu Maksim Dadaşov (bu idmançı 2014-cü ildə Qubada “Baku Fires” komandasının üzvü Heybətulla Hacıyevi məğlub edib, həmçinin bundan bir il sonra Bakıda I Avropa Oyunlarının iştirakçısı olub – S.M.) Puerto Rikodan olan Sabriel Matiasla döyüşdən sonra xəstəxanaya yerləşdirilmiş və iyulun 23-də keçirilmiş əməliyyatdan sonra dünyasını dəyişmişdi. Məlum olmuşdu ki, Dadaşov hələ döyüş zamanı insult keçirib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          477 08.10.19 11:14