Aysun taktikasını dəyişdi: Anam Rəqsanə xanımdan Məcid üçün səs istəyirəm - YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:55 Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı: “Bir əli ilə ağzımı tutdu və yerə yıxdı” - Qətlin TƏFƏRRÜATI  |     11:53 Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO  |     11:52 Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO  |     11:51 Azərbaycanlı TIR sürücüsü üç aydır Gürcüstan sərhədini keçə bilmir - VİDEO  |     11:45 Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA  |     11:41 Elektromobillərlə bağlı YENİ QƏRAR: Azərbaycan gələcəyə yatırım edir  |     11:39 Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA (VİDEO)  |     11:37 Məşhur qapıçı iki sarı vərəqə alsa da, meydandan qovulmadı  |     11:23 Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO  |     22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |    

Aysun taktikasını dəyişdi: Anam Rəqsanə xanımdan Məcid üçün səs istəyirəm - YENİLƏNİB

Məcidlə reklam fasiləsi zamanı söhbətimiz oldu. İndi istəyirəm ki, Məcidin şouda “qalmasına” səs vərək, anam Rəqsanə xanımdan səs istəyirəm. Dedim ki, hədəfin mən, yoxsa Türkandır? O isə dedi ki, heç biriniz. Bir sözlə, bizi şoudan çıxartmayacağına söz verdi.

Bu sözləri müğənni Aysun İsmayılova “Maşın”ın canlı yayımının ikinci saatında dilə gətirib. Məcid isə Aysunun sözlərini jestlərlə təsdiq edib. Şou başlayanda danışmaqdan çox susmağı üstün tutan aparıcı Suna Kasımoğlu Murad Dasaşovun “bəlkə Məcidin hədəfi sizsiz” sualına bu cür reaksiya verib:

“Əziz və yaxın dost deyilik. Onu məhz Zümrüdün vasitəsilə tanımışam. Məcid mənə hədəfinin kimliyini açıqlamayıb. Mən onun nə “qalmasına” nə də ki “getməsinə” səs istəyirəm”.

“Məcid səs topladığı halda kimi çıxardacaq” sualı ilə üzünü günün qəhrəmanına tutan verilişin aparıcısı Murad Dadaşova Hüseynovdan cavab gəlib:

“Tamaşaçılar yalnız iki saat canlı yayımı görürlər. Amma burada 24 saat nələrin baş verdiklərindən xəbərləri yoxdur. Hədəfim artıq bəllidir. Bir azdan söyləyəcəyəm”.

***

Məcid şoudan getsə çox sevinərəm.

Bu sözləri Aysun İsmayılova oyunun gedişatında dilə gətirib. Hüseynov isə qarşılığında İsmayılovanın cavabını bu cür verib:

“Aysun heç mənim hədəfim deyil. O niyə belə edir, anlamıram. Məni niyə hansısa məsələlərdə günahım olmadam günahlandırmaqlarını başa düşə bilmirəm. Müəyyən məsələlər var ki, demişəm və onu da həll etmişəm. Hədəfim var, sadəcə olaraq istəyirdim ki, digər iştirakçılar da danışsın, onların fikirlərini öyrənim. Hədəfim xanım iştirakçıdır. Amma kimliyini hələ ki açıqlamaq istəmirəm. Mən bu xalqın gözünün önündə böyüyən insanam. Onlardan özümə səs istəyirəm”.

Aparıcı Zümrüd Qasımova isə Məciddən açıq oyun oynamağı və hədəfinin kimliyini açıqlamağı istəyib. Aparıcı Lalə Mustafayeva isə fikirlərini bu cür izah edib :

“Bilsəniz burada nələr baş verir... “Maskarad” adı düz qoyulub. Məcidin şəkilini qutuya atanlardan elə biri də mənəm".

Daha sonra Murad Dadaşov Aysun İsmayılovaya yaxınlaşaraq hədəfinin niyə Məcid olduğunu açıqlamağı rica edib. O isə bu məsələni bu cür şərh edib:

"Bilirəm ki, qruplaşma var. Məcidə çox böyük hörmətim var. Mən ağlayanda Məcid mənim yanımda idi. Məcidi o vaxt hədəf seçdim ki, Qurd oyunu tərk edəndə Məcidin onun gedişinə sevindiyini gördüm. Hər kəsin oyun tərzi var. Mənim isə burada strategiyam düzgünlükdür. Mən şouda düzgün oyun aparıram".

Oyunda nə etmişəmsə düz etmişəm söyləyən Məcid Hüseynov hələ də hədəfinin kim olduğunu sirr saxlamaqda davam edir.

***

Reytinqləri alt-üst edən, ölkənin ən bahalı və baxımlı telelayihəsi “Maşın” realiti-şounun “Maskarad” adlı sürətinin yeddinci efir gününə start verilib.

Median.Az
oxu.az-a istinadən xəbər verir ki, gün-gündən avtomobil ətrafında iştirakçıların sayı azalan şouda 11 məşhurun qızğın və mübarizə dolu oyunu başlayıb.

Şounun aparıcısı, Xalq artisti Murad Dadaşov “Maşın”da aqibəti həll olunacaq iştirakçını seçmək üçün 11 məşhur arasında keçirilmiş səsvermənin nəticələrini açıqlayıb. Oyunda şəkli 6 dəfə qutuya atılan aktyor Məcid Hüseynov olub. Tribunaya çıxan Məcid şouda “qalmaq” üçün üzünü tamaşaçılara tutaraq onlardan səs istəyib:

“Şouda bu mənim ikinci iştirakımdır. Siz tamaşaçıların sevgisi olmasaydı, mən burada olmazdım. Yəqin ki hər şey yaxşı olacaq. Amma mənim şəklimi bu qədər adamın atacağını bilməzdim”.

Müğənni Aysun İsmayılova isə efirə gedən süjetdə hədəfinin Məcid olduğunu söyləyib:

“Məcidə böyük hörmətim var idi, o günə qədər ki, Aqşin oyundan çıxdı. O səni yalan danışmaqda ittiham etdi, sən isə boynuna həqiqəti almadın. Mən əgər tribunaya çıxsam, Məcid mənim hədəfim olacaq və şouda qaldığım təqdirdə onu oyundan çıxaracağam”.

Bununla yanaşı, Aysun, özünün, Aqşin Fatehin, Qurdun, Məcid Hüseynovun və Türkan Vəlizadənin bir qruplaşmada olduğunu açıqlayıb. Hazırda aktyor Məcid Hüseynovun şouda aqibəti həll olunur. O hələ ki hədəfinin kim olduğunu açıqlamayıb.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 388 07.10.19 23:53