"Neftçi"nin və yığmamızın futbolçusu qadına sataşıb: "Neyləyirsən, o əri?" » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:06 Rusiyada “TikTok”un bloklanması təklif olunub  |     17:55 Gəncədə şagird sinif yoldaşına xəsarət yetirib  |     17:15 Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR  |     17:03 İsrail rəsmiləri İrana görə bir daha toplanacaq  |     16:39 Daha bir məşhur "tiktok"çu həbs edildi  |     16:30 Bakıda mənzildə meyit tapılıb  |     16:04 Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir HƏBS EDİLDİ  |     15:50 Polisdən ƏMƏLİYYAT: Narkoanbar kimi istifadə olunan ev aşkarlandı - FOTO  |     15:21 Həcc ziyarəti ilə bağlı 500 nəfər aldadıldı: QMİ-dən XƏBƏRDARLIQ  |     14:59 Ən çox balı onlar topladı - SİYAHI  |     14:57 Bakıda uşaq evində DƏHŞƏT: Qız qollarını doğrayıb müəssisədən qaçdı  |     14:40 Rəşad Dağlı əfv olunur? – Hüquqşünas şərti açıqladı  |     14:39 Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib  |     14:38 "YouTube" yeni dizaynı sınaqdan keçirir - FOTOLAR  |     14:36 Kriştiano Ronaldo iki oyunluq cəza alacaq  |     14:30 Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE  |     14:29 Nijni Novqoroddan Bakıya birbaşa təyyarə reysləri həyata keçiriləcək  |     14:26 Məhkəmələrin qərarları ilə müsadirə olunmuş üç tondan çox narkotik vasitə məhv edilib - FOTO  |     14:23 UEFA AFFA-nı cərimələyib  |     14:19 Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin DİQQƏTİNƏ: Kvota müəyyənləşdi  |    

"Neftçi"nin və yığmamızın futbolçusu qadına sataşıb: "Neyləyirsən, o əri?"

"Neftçi"nin müdafiəçisi Anton Krivotsyuk dilinin bəlasına düşüb.

Median.Az
xəbər verir ki, gənc futbolçu şəxsi zəmində ciddi problemlə üzləşib.

Milliləşdirilən ukraynalı futbolçu Xətai rayonu ərazisində "Alyans" Yaşayış Kompleksində qalmaqala səbəb olub. İçkili halda yaşadığı binaya daxil olan Anton liftdə rastlaşdığı bir xanıma söz atıb. Sərxoş Krivotsyuk qadının liftə minməsinə mane olmağa çalışıb. Zərif cins nümayəndəsini onu kənara itələdikdə "Neftçi"nin üzvü onun saçına əl atıb. Krivotsyuk bütün etik normaları aşaraq qarşısındakı xanıma "neyləyirsən, o əri? Boşan ondan, gəl, mənimlə yaşa" deyib. Qadının qışqırığı bütün binanı ayağa qaldırıb. İnsanların toplaşmasını görən Anton hadisə yerindən qaçıb.

Qorxusundan bir neçə gecəni başqa yerdə keçirən futbolçu yalnız bir müddət sonra oraya dönüb. Bina sakinləri onun həmin qadından üzr istəməsini tələb edib və Anton bu tələbi yerinə yetirib.

Bununla belə, futbolçuya xəbərdarlıq edilib ki, əgər bir də belə hadisə yaşansa, canını üzr istəməklə qurtara bilməyəcək. Ondan hüquq-mühafizə orqanlarına şikayət olunacaq. (sportinfo.az)скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 377 07.10.19 22:20