Bu ay 30 minədək balıq Kürə buraxılacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |     18:52 Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır  |     18:33 Bakıda işçi mühafizə etdiyi idman zalınının kassasını talayıb - VİDEO  |     17:12 Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur  |     17:03 Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - VİDEO  |     16:46 Azərbaycanın xarici dövlət borcu açıqlandı  |     16:42 Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi  |     16:40 Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR  |     16:31 İsrail Livanda "Hizbullah"ın iki komandirini öldürüb  |     16:28 Prezident: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”  |     16:28 Azərbaycanda 51 kiloqram narkotik aşkarlanıb, həbs olunanlar var - FOTO/VİDEO  |     14:23 Ukraynanın yeni səfiri Azərbaycana gəlib  |    

Bu ay 30 minədək balıq Kürə buraxılacaq

Neftçala rayonunda Kür çayına körpə nərə balıqları buraxılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata əsasən, nazirlik və “Az Varvara” MMC-nin birgə təşkilatçılığı ilə Neftçala rayonunda nərə balıq körpələrinin Kür çayına buraxılması həyata keçirilib. Təşkil olunan mərasimdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Neftçala rayon İcra Hakimiyyətinin, “Az Varvara” MMC-nin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

“Az Varvara” MMC-nin Balıqyetişdirmə Təsərrüfatında yetişdirilmiş çəkisi 40 qramadək olan minlərlə balıq körpəsi xüsusi avadanlıqlar vasitəsi ilə çaya ötürülüb. Qeyd edək ki, oktyabr ayının sonunadək ümumilikdə 30 minədək balıq körpəsinin Kür çayına buraxılması planlaşdırılır.

Bu cür tədbirlərin keçirilməsində məqsəd ölkənin təbii su hövzələrində balıq populyasiyasını tənzimləmək, balıq məhsullarını əhalinin təlabatına uyğunlaşdırılmaq və onların qorunmasının vacibliyini təşviq etməkdir. ETSN vətəndaşları balıq ehtiyatlarının qorunmasında yaxından iştirak etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş üsullarla balıq ovlamamağa, onları qorumağa və sivil qaydalarla balıq ovlanmasının təşviqinə dəstək verməyə çağırır.//ölkə.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            866 07.10.19 20:30