Balakən rayonunun Qazma kəndində fərdi yaşayış evi yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 150 m² olan birmərtəbəli dörd otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.