Bakının Nizami rayonunda ev sahibi bıçaqlanıb.
Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Elşən Süleymanov küçəsi 126 ünvanında baş verib.
Belə ki, 1988-ci il təvəllüdlü Səfərov Samir Dağlar oğlu yaşadığı mənzildə tanışı tərəfindən bıçaqlanıb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.