Mingəçevirdə keçmiş bank müdiri hündürlükdən yıxılaraq ağır xəsarət alıb.
Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə Ərəş küçəsində yerləşən fərdi təsərrüfatların birində baş verib.
Belə ki, 1952-ci il təvəllüdlü ev sahibi Qəzənfər Musayev tənək çardağından yıxılıb və ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib. İlkin müayinə zamanı onun bel sümüyü və boyun fəqərəsində sınıqlar qeydə alınıb.
Qeyd edək ki, Qəzənfər Musayev uzun müddət "Texnikabank"ın Mingəçevir flialının müdiri vəzifəsində çalışıb.