Sumqayıt şəhərində qadın qonşusu tərəfindən bıçaqlanıb.
Median.Az-ın APA-ya istinadən məlumatına görə, qanlı hadisə şəhərin 18-ci məhəlləsindəki 1 saylı yataqxanada qeydə alınıb.
Belə ki, 1964-cü il təvəllüdlü Şəhla Rəhimova qonşusu ilə aralarında yaranmış münaqişə zamanı bıçaq xəsarəti alıb.
Faktla bağlı araşdırma aparılır.