Bakıda avtomobillərdən oğurluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi və 36-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 5 avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri M.Məmmədov və R.Tağıyev saxlanılıblar.