Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.
Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonu, Muğan qəsəbəsindən keçən hissəsində qeydə alınıb. “Ford” markalı sərnişin mikroavtobusu “Mercedes” markalı yük maşını ilə toqquşub. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 3 nəfəri müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Şirvan Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.