Alimlər fruktozanın qorxulu təsirini aşkar etdilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:40 Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll ediblər”  |     13:36 Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA  |     13:24 TƏBİB-dən Cavanşir Məmmədovun ölüm xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB  |     23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |    

Alimlər fruktozanın qorxulu təsirini aşkar etdilər

Rasionda fruktozanın yüksək səviyyədə olmağı qaraciyərin yağları əritmək xüsusiyyətinə maneə törədir.

Belə bir qənaətə Bostonun Coslin Diabet Mərkəzinin alimləri gəliblər.

Tədqiqatçılar bildiriblər ki, qlükozanın müvafiq miqdarı metabolizmin göstəricilərinə bu şəkildə təsir göstərmir.

Araşdırmanın müəllifi, Harvard Tibb Məktəbinin professoru Ronald Kan “fruktozanın qaraciyəri yağ yığmağa məcbur etdiyini” müəyyən edib. O, rasiona əlavə edilən böyük miqdarda yağla, demək olar ki, eyni təsir göstərir. Onun sözlərinə görə, qlükozanın səviyyəsinin artırılması isə, qaraciyərin yağları əritməsinə və əslində daha sağlam metabolizmə kömək edir.

“Tədqiqatın ən vacib nəticəsi isə fruktozanın rasionda yüksək miqdarının orqanizmə zərərli olduğunu müəyyən etməyimizdir”, - deyə Kan vurğulayıb.

Alimlər araşdırma apararaq, heyvanlar üzərində altı müxtəlif pəhrizin metabolizmə təsirini müqayisə ediblər. Bu pəhrizlərdə qlükoza, fruktoza, eləcə də yağ səviyyəsinin müxtəlif birləşmələri istifadə edilib.

Alimlər CPT1a fermentinin aktivliyini nəzarət altında saxlayıblar. Belə ki, bu ferment mitoxondrinin yağ əridərkən işlərini düzgün şəkildə yerinə yetirməyinə cavabdehdir.
Tədqiqatçılar müəyyən ediblər ki, rasionda yağ və fruktoza yüksək olan zaman fermentin səviyyəsi aşağı olur və mitoxondrilər düzgün işləmirlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 757 05.10.19 14:32