Yasamalda əmisioğlunu öldürən şəxs 13 il 6 ay cəza alıb » Median.Az - Bütün xəbərlər bir ünvanda


Yasamalda əmisioğlunu öldürən şəxs 13 il 6 ay cəza alıb
Bakı Ağır Cinayətlər Məhkəməsində Laçin rayon sakini Kamil Sətdarlının (1997-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az xəbər verir ki, bu il martın 1-də Yeni Yasamal-1, Xiyabani küçəsi, 33-də yerləşən gözəllik salonunun qarşısında Kamil Sətdarlı qisas məqsədi ilə əmisioğlu Emin Babaverdiyevə (1993-cü il təv) hücum edərək, arxadan qəflətən bədənin müxtəlif nahiyyələrinə 3 zərbə endirib və hadisə yerindən qaçıb. Özəl tibbi klinikalarından birinə çatdırılan zərərçəkmiş orada keçinib.

Şübhəli şəxs Yasamal RPİ 29-cu polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təqdim edilib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 13 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          623 05.10.19 14:21