“Qarabağ”ın ispan futbolçusu: Biz bu təxribatlara uymamalıyıq » Median.Az - Bütün xəbərlər bir ünvanda


“Qarabağ”ın ispan futbolçusu: Biz bu təxribatlara uymamalıyıq
Ötən il “Arsenal”la matçda da bu bayraqla bir azarkeş stadiona qaçmışdı. Həmin vaxt matç dayandırılmamışdı, ancaq o da təxribat idi.

Bunu ölkəsinin “Marca” radiosuna açıqlamasında “Qarabağ”ın ispaniyalı futbolçusu Dani Kintana bildirib.

“Düşünürəm ki, biz bu təxribatlara uymamalıyıq. Baş məşqçimiz də bizə həmişə bunu deyir. Düzdür, başa düşürəm ki, bu bəzilərimiz üçün çətindir. Çünki komanda yoldaşlarım arasında elələri var ki, bu məsələ onlara yaxındır. Onlar öz qohumlarını bu münaqişədə itirib və ya öz evlərindən çıxmağa məcbur edilib. Üstəlik, unutmaq lazım deyil ki, “Qarabağ” münaqişənin olduğu regionu təmsil edir. Ancaq mən bu mövzuya az diqqət ayırmağa üstünlük verirəm. Nə qədər az fikir versək, bir o qədər az təxribatla üzləşərik”, – deyə Kintana bildirib.

“Qarabağ”ın 4:1 qalib gəldiyi görüşün 69-cu dəqiqəsində qol vurmuş Dani Kintana şotlandiyalı baş hakimin onlarla dialoqundan və APOEL-lə Kiprdə gözlənilən oxşar təxribatlardan da danışıb:

“Baş hakim bizə dedi ki, bu bayraq yenidən görünərsə, oyunumuzu davam etdirək, ona əhəmiyyət verməyək... İndi bizim Kiprdə oyunumuz var. Bizi xəbərdar ediblər ki, güman ki, orda da belə hərəkət təkrarlanacaq. Çünki orda çoxlu erməni mühacirlər yaşayır. Təəssüf ki, bu cür hadisələr futbolda baş verməkdə davam edir”.
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          383 04.10.19 18:30