Həkimdən Naibə Allahverdiyavaya: "Yaşamaq istəyirsənsə..." - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Həkimdən Naibə Allahverdiyavaya: "Yaşamaq istəyirsənsə..." - VİDEO
ARB TV-nin "Elgizlə İzlə" verilişinin aparıcısı Elgiz Əkbər xalq artist Naibə Allahverdiyevadan müsahibə alıb.

Median.Az
xəbər verir ki, vətənə qayıdan xalq artisti səhhəti ilə bağlı ilk dəfə danışıb:

"Dünyada ən önəmli nemət can sağlığıdır. Qalan şeylər boşdur. Türkiyədə zəlzələ olanda orada idim. Klinikadan təzə gəlmişdim. Yoldaşım mətbəxdə idi. Evdə pəncərənin kənarında dayanmışdım. Gördüm ki, yer ayağımın altından bir sağa, bir sola getdi. Fikirləşdim, bəlkə qan təzyiqim qalxıb. Sonra çilçırağın yelləndiyini gördüm. Yoldaşım gəlib dedi ki, Naibə, qorxma. O an şok oldum, yerimdə dondum. Artıq özümdə deyildim. Onsuz da səhhətim yaxşı deyildi. Bura gəldim, amma elə bilirəm hər an zəlzələ olacaq. Özümün çox zəif hiss edirəm. Beynimlə əlaqədar 6 aydan sonra təkrar MRT-yə getməliyəm. Beynimdə damarlar daralır. Səbəbi isə stresdir. Həkim dedi ki, əgər yaşamaq istəyirsənsə stressdən uzaq olmalısan. Yoxsa beynimdəki ocaqlar böyüyə bilər. Teatr üçün çox darıxıram".
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          639 03.10.19 19:30