Nizami rayonunda soyğunçuluq edən Ağdam sakinləri tutulub » Median.Az - Bütün xəbərlər bir ünvanda


Nizami rayonunda soyğunçuluq edən Ağdam sakinləri tutulub
Median.Az xəbər verir ki, Nizami RPİ 25-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini X.Zülfüqarlı oktyabrın 1-i saat 21 radələrində 2 nəfərin ona zor tətbiq edərək, qol saatını almasını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdam rayon sakinləri Ş.Zeynalov və əvvəllər məhkum olunmuş T.İsmayılov saxlanılıblar.

Nizami RPİ İstintaq şöbəsində CM-nin 180.2.1-ci (soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə
cinayət işi başlanılıb.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          508 03.10.19 18:21