Mojo.az Banner
20:10 Azərbaycanda Sabiq deputat vəfat etdi - FOTO  |     20:02 Zivər Zeynalova yeni vəzifəyə təyin olundu  |     19:47 İsveç şahzadəsi vəfat etdi  |     19:43 Moldovaya düşən Rusiya dronunda partlayıcı aşkarlandı  |     19:37 Ankarada qəzaya uğrayan Liviya təyyarəsi ilə bağlı ilkin hesabat açıqlanıb  |     19:30 Baş katibin müavini Elçin Əmirbəyovla NATO-Azərbaycan münasibətlərini müzakirə edib  |     19:15 32 yaşlı azərbaycanlı Moskvada həyatını itirdi  |     19:09 Finlandiya Prezidenti: Ukraynanın bu müharibədə qalib gəlməsini təmin etməliyik  |     19:00 Elşad Xosenin ailə - Fotosu  |     18:53 Əli Əsədov qərar imzaladı  |     18:45 Göyçayda silahlı narkotacir tutuldu  |     18:38 Gəncədə veteranların binası yandı  |     18:20 Bakıda marketdən çıxıb bacısıgilə gedən qadın küçədə öldürüldü, əri saxlanıldı - TƏFƏRRÜAT  |     18:07 Paytaxtın sıxlıq müşahidə olunan küçələri  |     17:52 Sərxoş halda qəza törətdi, ayıq sürücü və qohumu öldü, özü həbs edildi  |     17:31 Misir Mərdanova yeni vəzifə verildi  |     17:02 Azərbaycanda ilk dəfə robotik cərrahi əməliyyat uğurla icra olundu  |     16:58 Zərdabda odlu silah tapıldı  |     16:56 “Hollywood” restoranında kütləvi dava - Tiktokeri döydülər  |     16:54 Kamran Əsədovun növbəti məhkəmə iclası başlayıb  |    
Left Banner
Right Banner

Putin İlham Əliyevlə görüşdə rəqəm səsləndirdi - Bir ildə 2.5 milyard dollar

03.10.2019 16:39 3 457
Putin İlham Əliyevlə görüşdə rəqəm səsləndirdi - Bir ildə 2.5 milyard dollar
Biz uzun müddətdir ki, görüşmürdük. Ancaq görüşlərimizdə, təmaslarımızda fasilə olmasına baxmayaraq, ölkələrimiz arasındakı münasibətlər uğurla inkişaf edir.

Bunu Soçidə Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın dövlət başçısı İlham Əliyevlə keçirdiyi görüşdə deyib.

Rusiya lideri bildirib ki, ölkəsi ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2018-ci ildə 2.5 milyard dollar təşkil edib.

“Bu sahədə yaxşı perspektivlərimiz var. İnanıram ki, iriqmiqyaslı layihələrin həyata keçirilməsini təmin etmək üçün əlimizdən gələni edəcəyik. Hökumətlərarası komissiya bunun üzərində olduqca inamla işləyir”, - deyə V.Putin əlavə edib.

Rusiya dövlət başçısı onu da bildirib ki, digər sahələrdə əməkdaşlığın daha da inkişaf etməsi istiqamətində uğur qazanılacaq.скачать dle 11.3