Piyadanı öldürüb, qaçan sahibkar oğlunun şikayəti təmin edilməyib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 İsrail İranın hücumuna necə cavab verəcəyini müəyyən edib  |     22:16 Avtomobili cızan məktəbli anbaan kameraya düşdü - VİDEO  |     22:08 Avtomobilin yanacaq çəni: təmizləyək, ya yox?  |     22:02 Gədəbəydə qanunsuz tikili sökülüb - VİDEO  |     21:47 İtkin düşən uşağın meyiti tapıldı  |     21:38 Toyuq kotletini bu cür bişirin: Daha dadlı olacaq  |     21:30 Azərbaycanda RƏZALƏT: əxlaqsız təklifə görə qollarını doğrayıb Bakıya qaçdı  |     21:24 Bakıda ailəsi kişinin asılmış meyitini tapdı  |     21:19 Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB  |     21:10 2024-cü ilin yazında dəbdə olan mini ətəklər  |     21:01 Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır  |     20:55 MM komitə sədrinin müavini: Yağların tərkibinə nəzarət problemli məsələlərdəndir  |     20:48 Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib  |     20:39 Naqilləri oğurladı, "Azərsu"nun idarəsi işıqsız qaldı - Məhkəməsi başlayır  |     20:33 Rusiya parlamentinin komitə sədrinin müavini: Hazırda Qarabağda sülhməramlılar lazım deyil  |     20:25 Abşeronda kişi meyiti tapılıb  |     20:22 Tbilisidə atışma olub, üç nəfər yaralanıb  |     20:04 Azərbaycan İsraillə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib  |     19:46 Qırğızıstan Prezidenti Qazaxıstana rəsmi səfərə gedəcək  |     19:45 Prokuror Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə cəza istəyib  |    

Piyadanı öldürüb, qaçan sahibkar oğlunun şikayəti təmin edilməyib

Bakı Apellasiya Məhkəməsində Sunay Vəliyevin (1980-ci il təv.) CM-nin 263.2 (yol hərəkəti qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Median.Az
xəbər verir ki, bu il fevralın 9-da Xətai rayonu, Zığ yolu küçəsində S.Vəliyevin idarə etdiyi “Mercedes-Benz GLS” markalı (99-VS-999) avtomobillə Müşfiq Əliyevi (1969-cu il təv.) vurub və hadisə yerindən qaçıb. Nəticədə zərərçəkmiş ölüb. Keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat -axtarış tədbirləri nəticəsində şübhəli şəxs səhərisi gün tutulub.

Araşdırma zamanı məlum olub ki, Sunay Vəliyev “Laçın” Ticarət Mərkəzinin sahibi Məsud Vəliyevin oğludur. M.Vəliyev 2015-ci ilin noyabr ayında vəfat edəndən sonra onun biznesi ilə oğlu onun məşğul olub.

Xətai rayon Məhkəməsinin hökmü ilə S.Vəliyev 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən məhkum apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, S.Vəliyevin apellyasiya şikayəti təmin edilməyib və hökm dəyişdirilmədən saxlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 219 03.10.19 12:48