Kərim xalqa səsləndi: Səs verin, Namiq getsin - YENİLƏNİB+FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Kərim xalqa səsləndi: Səs verin, Namiq getsin - YENİLƏNİB+FOTO
“Maşın” şousu qalmaqallı başlayıb.

Median.Az
oxu.az-a istinadən xəbər verir ki, müğənni Kərim Abbasov oyunun ilk günündə özünü qurban görərək, mikrofon önünə çıxıb və tamaşaçılardan Aşıq Namiq Fərhadoğlunun “getməsinə” səs istəyib.

“Ötən gün Namiqin çıxaracağı adam Ayan Babakişiyeva idi, daha sonra fırlandı oldu Aysun İsmayılova, indi isə mən oldum. Sizdən bir estrada ulduzu kimi yox, elin oğlu kimi səs istəyirəm. Namiqin “getməsinə” səs verin. Mən bu insanın şəklini atmamışam. Dünəndən bu günə min fikrə düşür, bilmir nə danışır, düzgün oyun apardığını desə də, sonra kimi istəyirəm oyundan kənarlaşdıracağam deyir”.

Qeyd edək ki, şounun qaydalarına əsasən, iştirakçı səsvermədə öz şəklini ata bilməz. Bu, qaydalarına ziddir.


***

Xalq artisti Murad Dadaşovun təqdimatında ATV-nin canlı efirində yayımlanan, Azərbaycan teleməkanının ən bahalı və qalmaqallı realiti şousu “Maşın”ın “Maskarad” adlanan 18-ci sürətinin birinci günü baş tutub.

Median.Az oxu.az-a istinadən xəbər verir ki, ölkənin 18 məşhuru bir araya gələrək, dəyəri 50 min manat olan “Opel INSIGNIA” markalı avtomobil ətrafında qızğın mübarizə dolu oyuna start veriblər.

18 iştirakçının səsverməsinin nəticələri açıqlanıb. Onlardan 9 nəfəri aşıq Namiq Fərhadoğlunun səklini ataraq, onu səsverməyə çıxarıblar.

“Mənə səs verin, mən də bu oyundan yaxşı bir insanı çıxardacam. Sizin də lap ürəyinizcə olacaq”, - deyə Namiq tamaşaçılarından ona səs vermələrini istəyib.

скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          772 02.10.19 22:48