Лондон
C

Təqaüdçü oğru gördü, onu öldürdü və yatmağına davam etdi

Amerikanın Texas ştatının Dallas şəhər sakini yuxudan oyanıb, oğrunu öldürüb və yarımçıq qalmış yuxusuna davam edib. Bu barədə “Inside Edition” xəbər verir.

72 yaşlı Ceyms Maykl Meyer sentyabrın 27-də səhər təxminən beşdə həyətdən gələn səs-küyə oyandığını deyib. O çölə baxarkən əlində külüng olan naməlum şəxsin anbara girmək istədiyini görüb.

Meyer silah götürərək darvazaya çıxıb və sözügedən şəxsə ona yaxınlaşacağı təqdirdə atəş açacağını deyib. Oğru xəbərdarlığa məhəl qoymadıqda qoca ilk atəşi açıb. Oğru külüngü ataraq qaçıb. Meyer bir güllə də atıb, sonra evə qayıdıb və yarımçıq qalan yuxusuna davam edib.

Ertəsi gün səhər evin yaxınlığında üzü üstə düşmüş cəsəd tapılıb. Meyer vəkilə zəng vurub və olanları polisə danışıb. Hazırda təqaüdçü qoca qətldə ittiham olunaraq həbs olunub.скачать dle 11.3
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
[related-news] [/related-news]

комментариев