Əlini “Maşın”ndan çəkən 50 min manat cərimələnəcək? - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda


Əlini “Maşın”ndan çəkən 50 min manat cərimələnəcək? - AÇIQLAMA
Bir çox yerli media orqanlarında bu gündən ATV-də yayımı gerçəkləşəcək “Maşın” şou ilə bağlı qalmaqallı məlumatlar yer alıb. Qafqazinfo saytı yazıb ki, proqramda öz istəyi ilə avtomobildən əlini çəkən şou iştirakçısı 50 min manat məbləğində cərimələnəcək.

Məsələ ilə bağlı oxu.az-ın əməkdaşı “M Group Production”un mətbuat xidməti ilə əlaqə saxlayıb.

Qurumun mətbuat xidməti dərc olunan məlumatların dezinformasiya olduğunu bildirirək, iştirakçıların şouda müəyyən qayda-qanunlara əməl etmələri üçün öncədən müqaviləyə imza atdıqlarını söyləyib:

“Saytlarda yazılan “İştirakçı öz istəyi ilə avtomobildən əlini çəkdiyi təqdirdə 50 min manat məbləğində cərimə ödəyəcək” məlumatı yanlışdır.

Amma hər bir qurum və ya təşkilatın özünəməxsus qayda-qanunlarından ibarət müqaviləsi var, eləcə də, bizim. “Maşın” şou tarixində hələlik müqaviləni heçə sayıb, zidd hərəkətlər edən iştirakçı olmayıb və cərimələnməyib. Müqavilə iştirakçıların məsuliyyətini artırmaq üçün irəli sürülən bir addımdır.

Şounun qaydalarına daxildir: səhər tezdən iştirakçıları oyadıb, çəkilişə gətirmək. Çəkilişdən öncə onları bir araya yığıb bizimlə əməkdaşlıq edən şirkətlərin ofisinə aparıb-gətirmək. Məsələn, 18 nəfərdən hərhansı biri yatıb qalarsa, 17 nəfər onu niyə gözləməlidir? Yəni bu cür problemlərin ortaya çıxmaması üçün şounun qanunlarına əsasən, hər bir iştirakçı ilə öncədən müqavilə bağlayırıq.

Həmçinin, buraya iştirakçıların müəyyən davranış və etiket qaydaları da daxildir. Şouda baş verənləri, çəkiliş prosesində olanları üçüncü şəxslə müzakirə etməmək kimi bəndlər də müqavilənin şərtlərinə daxildir.

Bununla yanaşı, şouya aid olan foto, video və məlumatların üzərində bizim müəllif hüquqlarımız var. Bunları hər bir iştirakçı diqqətlə nəzərdən keçirib, həmin şərtlərə imza atmalıdır ki, “Maşın” şouda iştirak edə bilsin. Müqavilənin şərtlərinə əməl etmədikdə iştirakçı cərimə oluna bilər”.

Qeyd edək ki, 18 məşhur dəyəri 50 min manat olan “Opel” markalı avtomobil uğrunda mübarizə aparacaq. Onlarda kimin güclü, kimin zəif olduğunu isə yaxın günlərdə biləcəyik.
скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          817 01.10.19 18:13