“Maşın” şounun məşhur qalibləri - SİYAHI » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:38 Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO  |     16:38 Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO  |     16:26 Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir  |     16:04 Bakıda marketdən minlərlə manatlıq spirtli içki oğurlanıb - FOTO/VİDEO  |     15:41 Dövlət Xidməti Amaras monastırında monitorinqlər aparıb  |     15:33 Zaxarova: “Ermənistan miqrasiya ilə bağlı Britaniya ilə danışıqlarını özü şərh etməlidir” - VİDEO  |     15:29 Zaxarova: “Moskva Bakı ilə İrəvan arasında münasibətlərin həlli üçün mümkün olan hər şeyi etdi” - VİDEO  |     15:26 Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO  |     15:25 Mariya Zaxarova: “Rusiya Ermənistandan aydın reaksiya və rəsmi təkzib gözləyir”  |     15:24 Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb  |     15:21 Zaxarova: “Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - VİDEO  |     15:13 Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar  |     15:11 Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ  |     15:06 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir, ikisinin inşası başa çatıb  |     13:34 Palma yağlarının Azərbaycana gətirilməsi qadağan edilsin - Deputatdan təklif  |     13:21 Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq  |     13:09 Aİ dövlətləri İrana qarşı yeni qadağalarla bağlı razılığa gəldilər  |     13:09 Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO  |     13:08 Paşinyan: “Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı sakinlərimizi sevindirməlidir”  |     13:06 Abşeronda 16 min manatlıq pul və zinət əşyaları oğurlanıb  |    

“Maşın” şounun məşhur qalibləri - SİYAHI

Ölkənin ən qalmaqallı və bahalı televiziya layihəsi “Maşın” şou efirə qayıdır. Xalq artisti, tanınmış şoumen Murad Dadaşovun “Maşın” realiti-şousunun növbəti buraxılışı bu gündən etibarən yenə də ATV-də yayımına başlayacaq.

“Maskarad” adlanan şou “Maşın”ın 18-ci buraxılışı olacaq. Həmişə olduğu kimi, bu dəfə də “Maşın”da 18 məşhur sima bahalı avtomobil uğrunda qızğın mübarizə aparacaq.

Oxu.az 2005-ci ilin oktyabr ayından start götürən, böyük auditoriyaya malik “Maşın” şouda finala çıxıb, iradəsi nəticəsində qalib gələn məşhurların siyahısını təqdim edir.

Sözügedən realiti şounun üç sürətində yalnız sadə vətəndaşlar iştirak edib. Sonradan verilişi daha da maraqlı etmək üçün şouya məşhurlar dəvət olunub.

Bir il sonra 2006-ci ilin mayında start götürən “Maşın”ın dördüncü “Ulduzlu gecələr” sürətinin qalibi Əməkdar artist Rafael İsgəndərov olub.

Həmin ilin oktyabrında efirə “Payız əfsanəsi” sürəti ilə qayıdan şouda avtomobili aparıcı Turan İbrahimov aparıb.

2007-ci ilin martında “Korrida” sürətinin qalibi “Şeron” qrupunun üzvü Ülvi Cəfərov olub.

Şounun yeddinci “007” sürətində Əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) ilə finala qalan bəstəkar-müğənni Murad Arif əzimkarlıq nümayiş etdirərək qalib gəlib.

2008-ci ildə “Maşın”ın səkkizinci sürəti “Dəhşət” adlandırılıb. Şouda sona qalan Rəşad Haşımov ilə Könül Kərimovanın dözümlülük sınağı xanım iştirakçının qələbəsi ilə nəticələnib. Maşın K.Kərimovaya qismət olub.

Realiti-şounun doqquzuncu “Qızıl həyəcanı” sürətində avtomobildən sonuncu əlini çəkərək adını qaliblər arasına yazdıran isə müğənni Əlikram Bayramov olub.

Tanınmış meyxanaçı Sadıx Mustafayev də “Maşın”da qalib gələn məşhurlardandır. O, şounun sayca onuncu “Transformer” sürətini avtomobil əldə edərək başa vurub.

11-ci “Revanş” adlanan sürətdə “KVN”nin məşhur üzvü Vado Korovin ilə finala kimi mübarizə aparan aktyor Müşfiq Şahverdiyev ona qalib gəlib.

Şounun 12-ci “Möhtəşəm” adlı sürətində DJ Çina finalda klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ilə yarışıb və ona qalib gəlib.

13-cü “Daha bir nağıl” adlı sürəti isə təhlükəli anlarla yadda qalıb. Belə ki, finala meyxanaçı Rəşad Dağlı və müğənni Xatirə İslam çıxıb. Meyxanaçının böyrəklərindəki problemə görə həkimlər ona şoudan uzaqlaşmağı məsləhət görüblər. Nəticədə isə Xatirə qalib gələrək, şounu avtomobillə tərk edib.

Maşının 14-cü “Qarşıdurma”sında sona aktyor Elcan Rəsulov həmkarı İslam Mehrəliyevlə qalıb. Elcan əlini avtomobildən çəkərək, İslama qalibiyyət yaşadıb.

Şounun 15-ci sürəti qalmaqallı anlarla yadda qalıb. “Xanımlar və cənablar”ın finalına müğənni Xatun Əliyeva ilə həmkarı Talıb Tale çıxıb. Dözümlülük nümayiş etdirən Talıb şounun qalibi olub.

Avtomobil uğrunda mübarizəyə qoşulub, layihənin 16-cı sürəti “Xanımlar və cənablar - 2”nin finalına çıxan bloqer Hüseyn Əzizoğlu ilə müğənni Roza Zərgərli olub. Rozaya “mama” deyən Hüseyn final oyununda ona o qədər əsəbiləşib ki, hətta bir məkanda qalmaqdan belə imtina edərək, avtomobildən əlini çəkib. Hüseynin bu hərəkəti Rozaya qalibiyyət sevinci yaşadıb.

“Hind kinosu” adlanan 17-ci sürətin finalına iki aparıcı Ranar Musayevlə Xəyalə Quliyeva çıxıb. Aralarında gedən qızğın mübarizədə Xəyalə qalib gələrək, şounu avtomobillə tərk edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 823 01.10.19 15:11