Mərkəzi Seçki Komissiyası deputat Rafael Cəbrayılovun fəaliyyətinə xitam verdikdən sonra şikayətlərlə bağlı məsələ müzakirə olunacaq.
Bunu jurnalistlərə açıqlamasında Baş Prokuror Zakir Qaralov deyib.
Onun sözlərinə görə, onun aldığı borcla bağlı vətəndaşlar məhkəmələrə müraciətlər ediblər:
“İddia ərizəsinə mülki qaydada baxılır. Məhkəmə baxışında əgər onun tərəfindən dələduzluq və ya cinayət faktı müəyyən ediləcəksə, onun barəsində xüsusi qərardad çıxarıb, prokurorluğa göndəriləcək. Bundan sonra biz araşdırma aparacağıq”.