Qazaxıstan Prezidenti Azərbaycana yeni səfir təyin etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda


Qazaxıstan Prezidenti Azərbaycana yeni səfir təyin etdi
Qazaxıstan Azərbaycana yeni səfir təyin edib.

Bununla bağlı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev fərman imzalayıb.

Fərmana əsasən, Abdıkerimov Serjan Oralbayeviç Qazaxıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

Həmçinin, Qazaxıstanın Çexiya və Slovakiyadakı səfiri vəzifəsindən azad olunub.

S.Abdıkerimov 11 may 1976-cı ildə Karağandı şəhərində anadan olub. 1993-1998-ci illərdə Abay adına Almatı Dövlət Universitetində təhsil alıb.

Diplomatik fəaliyyətini 1998-ci ildə Üçüncü departamentin Avropa və Amerika idarəsinin referenti qismində başlayıb.

Bundan öncə o, Qazaxıstanın Cənubi Koreya, Avstriya, Böyük Britaniyadakı səfirliklərində müxtəlif vəzifələrdə çalışıb. Ölkəsinin Bolqarıstandakı müvəqqəti işlər vəkili vəzifəsini icra edib.

Ailəlidir, üç oğlan və bir qız övladı var. Rus və ingilis dillərində sərbəst danışır.

Fransız, koreya və indoneziya dillərində passiv şəkildə danışa bilir. Qazaxıstanın “Kurmet” ordeni, ölkənin bir neçə hökumət və yubiley medalları, Ukraynanın “Zəhmət və Şücaət” medalı ilə təltif edilib.
/oxu.az/

скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          490 30.09.19 13:22