Səbinə və dəstəsinin iti hamama salaraq soyduğu evin sahibi estrada müğənnisi imiş - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |    

Səbinə və dəstəsinin iti hamama salaraq soyduğu evin sahibi estrada müğənnisi imiş - FOTO

Bakıda dəstə üzvləri tərəfindən oğurlanan seyfin sahibi estrada müğənnisidir.

Report-un xəbərinə görə, ötən həftə Səbail rayonu, Bayıl qəsəbəsində yaşayan estrada müğənnisi Fuad Musayevə məxsus mənzildən içərisində 1800 ABŞ dollar olan seyf oğurlanıb

Hadisə vaxtı Rusiyada olan müğənni oğurluq faktı ilə bağlı Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Bolis Bölməsinə (PB) müraciət edib.

Səbail RPİ-in Cinayət Axtarış Şöbəsi və 8-ci PB əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Kənan Nəcəfov, Ceyhun Cəbiyev və Səbinə Atakişiyeva saxlanılıblar.

Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvü olan S.Atakişiyeva zərərçəkmiş şəxslə qonşudur. O, həmin mənzilin açarlarını ələ keçirəndən sonra digər dəstə üzvləri ilə birgə oğurluq edib. Əvvəlcə mənzilin qapısını açan S.Atakişiyev evdə olan iti səs-küy salmaması üçün hamam otağına salıb. Daha sonra digərləri mənzili axtarmağa başlayıblar.

Dəstə üzvləri seyfi ələ keçirəndən sonra S.Atakişiyevanın evində açaraq pulu aralarında bölüblər. C.Cəbiyev isə sındırılan seyfi Hökməli qəsəbəsinə apararaq izi itirmək məqsədi ilə orada qazaraq basdırıb.

Həmin seyf polislər tərəfindən basdırıldığı yerdən çıxarılaraq maddi sübut kimi götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvü olan K.Nəcəfov əvvəllər də cinayət törətdiyinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə şərti məhkum edilib və o, hazırda probasiya nəzarətində cəzasını çəkir. Ayağında probasiya xidmətinin bilərziyini daşıyan K.Nəcəfov buna baxmayaraq, yenidən oğurluq edib.

Qeyd edək ki, F.Musayev “FM Express” estrada qrupunun banisi və solistidir.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 687 30.09.19 11:10