“Baku Triathlon 2019” turniri keçiriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda


“Baku Triathlon 2019” turniri keçiriləcək
Oktyabrın 6-da Avropa Oyunları Parkında həvəskarlar arasında "Baku Triathlon 2019" turniri keçiriləcək.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Triatlon Federasiyasının təşkilatçılığı ilə keçiriləcək yarış sprint məsafəsi üzrə baş tutacaq.

İştirakçılar 0,5 kilometr üzgüçülük, sonra velosipedlə 20 kilometr qət etmə və 5 kilometr qaçışla məsafəni tamamlayacaqlar.

Müxtəlif yaş kateqoriyasında keçiriləcək turnirdə komanda estafetində də qaliblər müəyyənləşəcək.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          425 28.09.19 22:13