Median.Az xəbər verir ki, sentyabrın 27-i saat 23 radələrində Quşqara kəndində, Bayram İbrahimzadə idarə etdiyi “VAZ-2107” markalı avtomobili qarşıda gedən Ağsu rayon sakini Ş.Bədəlovun idarə etdiyi “Mercedes” markalı yük avtomaşınına vurub.
Nəticədə B.İbrahimzadə və sərnişinləri - Zamiq Mahmudov, Qüdrət Atakişiyev, Tural İbrahimov və Oruc Hüseynov hadisə yerində ölüblər.
Göygöl RPŞ-də faktla bağlı araşdırma aparılır.