İranda qadınlar stadionda futbol matçına baxa biləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:57 Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     14:54 Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB (RƏSMİ AÇIQLAMA)  |     13:56 Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib  |     13:36 Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     13:34 BDU-nun tələbəsi intihar etdi  |     13:23 Məhkəmə qardaşının həyətinə qumbara atan şəxslə bağlı qərar çıxardı  |     13:08 Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb  |     12:49 Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıblar  |     12:44 Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var  |     12:36 Dünyanın ilk “ChatGPT”li qulaqlığı: Xarici dildəki nitqi sinxron tərcümə edəcək - VİDEO  |     12:21 Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO  |     12:19 Çinli hakerlər “iPhone” istifadəçilərinə genişmiqyaslı kiberhücum həyata keçiriblər  |     12:18 Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı  |     12:17 “Google”da əməkdaşlar ixtisar edilirlər  |     12:01 Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO  |     11:57 Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO  |     11:56 Bakıda yaşlı kişi oğlu tərəfindən vəhşicəsinə döyüldü  |     11:55 Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı: “Bir əli ilə ağzımı tutdu və yerə yıxdı” - Qətlin TƏFƏRRÜATI  |     11:53 Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO  |     11:52 Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO  |    

İranda qadınlar stadionda futbol matçına baxa biləcək

Bütün iranlı qadınlar matça baxmaq üçün biletləri ala bilər.

Bunu İran İslam Respublikası Futbol Federasiyasının mədəni məsləhətçisi Qulam Hüseyn Zamanabadi deyib.

O bildirib ki, oktyabrın 10-da keçiriləcək İran – Kamboca oyununda Tehranın “Azadi” stadionunun qapıları yerli qadın azarkeşlər üçün açıq olacaq. Bunun üçün qadınların xüsusi girişi, tribunaları və tualetləri hazırlanıb.

Bu matçda Fransa millisi ilə dünya çempionu olmuş Yuri Corkaef də iştirak edəcək. O, Yaxın Şərqdə FIFA-nın futbolda qadınlar üçün məhdudiyyətləri aradan qaldıran Fondunun baş icraçı direktoru təyin olunub.

Qeyd edək ki, sonuncu dəfə ötən ilin noyabrında qadınlar İranda futbol matçına sərbəst girərək baxa bilib. Bu, noyabrın 10-da Asiya Çempionlar Liqasının “Persepolis” – Kashima Antlers (Yaponiya) cavab matçında baş tutub.
/oxu.az/скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 453 28.09.19 15:00