Лондон
C

Azərbaycanın iki təmsilçisi atletika üzrə dünya çempionatının finalına çıxdı

Qətərin paytaxtı Dohada keçirilən atletika üzrə dünya çempionatı start götürüb.

Üçtəkanla tullanma yarışında təsnifat mərhələsi keçirilib.

Bu yarışda Azərbaycanı iki atlet – Nazim Babayevlə Aleksis Kopelyo təmsil edib. Lakin idmançılarımızdan biri final mərhələsinə vəsiqə qazana bilib.

Belə ki, Nazim Babayevin üç cəhdindən ən yaxşısı 16.65 olub və o bu nəticə ilə XIX yeri tutub. Bu nəticə ilə Nazim final mərhələsinə çıxa bilməyib.

Kubalı legionerimiz Aleksis Kopelyo isə 16.95 nəticə göstərərək VI yeri tutub və final mərhələsinə vəsiqə qazanıb. Final mərhələsi sabah keçiriləcək. Kopelyo yarışa VI sırada başlayacaq.

Çəkicatma yarışlarında Azərbaycanı təmsil edən ukraynalı legionerimiz Anna Skidan da finala yüksələ bilib. O, yarışdığı B qrupunda çəkici 73.32 metrə atmaqla III yeri, ümumilikdə isə IV yeri tutub. Skidanın bu nəticəsi ona bu gün keçiriləcək final mərhələsində iştirak etmək hüququ verib. İdmançımız bu gün final mərhələsində IX sırada çıxacaq.

Qeyd edək ki, atletika üzrə dünya çempionatında Azərbaycanı dörd idmançı təmsil edir.скачать dle 11.3
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
[related-news] [/related-news]

комментариев