Cəbrayıl Həsənovu məğlub edən dünya çempionu Həbiblə döşəkdə görüşmək istəyir » Median.Az - Bütün xəbərlər bir ünvanda


Cəbrayıl Həsənovu məğlub edən dünya çempionu Həbiblə döşəkdə görüşmək istəyir
Bilirəm ki, Cəbrayıl Həsənov güclü rəqibdir. O, rəqibini tutmaqda və pərçimləməkdə, həmçinin üzbəüz dayanarkən çox yaxşıdır.

Bunu sərbəst güləş üzrə ikiqat dünya çempionu Kayl Deyk deyib.

O, fight-library.com saytına müsahibəsində ikinci dəfə Cəbrayıl Həsənovu məğlub edərək dünya çempionu olmasından danışıb:

“Oyun planım onu döşəkdən kənarlaşdırmaq idi. Mən bu planı həyata keçirməklə çox yaxşı bir iş ortaya qoydum və ikinci qızılımı da ələ ala bildim”.

79 kq-da dünya çempionu olmuş Kayl Deyk UFC çempionu Həbib Nurməhəmmədovla qarşılaşmağa pis yanaşmadığını bildirib:

“Əgər Həbib güləş döşəyində yarışmaq istəyirsə, mən hazıram. Həbib Nurməhəmmədov, bunu eşitdin? Gəl, bunu edək”.
/oxu.az/скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          654 27.09.19 15:07