Xəstə qadın ərinin pintiliyindən öldü » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:07 Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT (FOTO)  |     12:00 Təbrizdə Ermənistanın baş konsulluğu açılır  |     11:51 Azərbaycanda balıq ovunun qadağan ediləcəyi tarix AÇIQLANDI  |     11:42 Xankəndidə silah-sursat aşkarlanıb  |     11:36 İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI  |     11:31 Kreml NATO-ya xəbərdarlıq edib  |     11:17 Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR  |     22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |    

Xəstə qadın ərinin pintiliyindən öldü

67 yaşlı ingilis Riçard Uollax xərçəng xəstəliyinə tutulmuş həyat yoldaşını dəhşətli vəziyyətdə saxlayaraq, ölümünə səbəb olub.

Bu barədə “Liverpool Echo” məlumat yayıb.

Uollax həyat yoldaşı ilə Liverpulda yaşayıb. 2017-ci ildə o, yerli xəstəxanalardan birinə gələrək həyat yoldaşının özünü pis hiss elədiyini və yıxıldığını bildirib. O, evlərində telefon olmadığı üçün təcili yardıma zəng edə bilmədiyini söyləyib.

Evə gələn həkimlər xəstənin vəziyyətini görüb, dəhşətə gəliblər. Həkimlərin sözlərinə görə, bu, onların indiyə qədər gördüyü ən pis vəziyyətdir.

61 yaşlı Valeri Uollax zibillə dolu otaqda oturub. Həkimlər qeyd edib ki, qadının bədənində yaralar olub və sürfələr tapılıb. Xəstənin bədəni nəcis və sidiyə batıb, dərisi isə soyulub tökülüb.

Qadın dərhal xəstəxanaya yerləşdirilib, ancaq 19 gündən sonra ölüb. Ölüm səbəbi bədəndəki yaralardan inkişaf edən sepsis olub. Uollax süd vəzi xərçəngindən əziyyət çəkib, amma bu onun ölümünə səbəb olmayıb. Qadına, sadəcə, qayğı lazım olub.

Həkimlər kişiyə həyat yoldaşının öləcəyi ilə bağlı məlumat verdikdə o, tibb işçilərinə öz problemindən danışıb. Uollax həftələrdir, qəbizlikdən əziyyət çəkdiyini bildirib.

Məhkəmədə kişi ittihamları rədd edib. Uollax evdəki qarışıqlığı xoşagəlməzliklə izah edib və həyat yoldaşının vəziyyətindən xəbəri olmadığını bildirib. Sentyabrən 26-da məhkəmə ingilisi səhlənkarlığa görə ölümə səbəb olmaqda günahlandırıb. Hökm verilənə qədər kişi arvadının öldüyü həmin otaqda yaşamağa davam edəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 051 27.09.19 13:15