Azərbaycan Əfqanıstana yumurta ixracını artıracaq » Median.Az - Bütün xəbərlər bir ünvanda


Azərbaycan Əfqanıstana yumurta ixracını artıracaq
"Hacıqabul quşçuluq fabriki" yaxın aylarda Əfqanıstan bazarına növbəti dəfə yumurta tədarük etməyi planlaşdırır.

Bu barədə Trend-ə müəssisədən bildiriblər.

Məlumata əsasən, hərəsi 360 yumurtadan ibarət 250-300 bağlamanın ixracı nəzərdə tutulur:

"Bu, həmin bazara ikinci tədarükümüz olacaq. İlk ixracat 200 bağlamadan ibarət idi. Paralel olaraq biz yumurta istehsalını 30-35 milyon ədədədək artırmağı planlaşdırırıq. Hazırda bu göstərici 25 milyon ədəd təşkil edir".

Müəssisədə istehsal olunan məhsul uyğunluq sertifikatına malikdir.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          526 26.09.19 20:45