Messi və Ronaldu bir-birinə neçə dəfə səs verib? - MARAQLI » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:59 Rusiya müdafiə nazirinin müavini iki ay müddətinə həbs edilib  |     19:57 AQTA nöqsanlara görə bazar rəhbərlərinə xəbərdarlıq edib  |     19:50 30 ölkədən olan beynəlxalq ekspertlər Laçında aparılan bərpa işləri ilə tanış olublar  |     19:43 Türkiyə Qarabağ şəhidlərinin övladları üçün kosmik düşərgələr təşkil edəcək  |     19:37 Türkiyə Zəngəzur dəhlizi çərçivəsində avtomobil və dəmir yolları üçün işlərə başlayıb  |     19:32 "Milan"da baş məşqçi postuna namizədlər bəlli olub  |     19:28 Tonqada 5,4 maqnitudalı zəlzələ baş verib  |     19:22 Ombudsman Ermənistanın Azərbaycana qarşı mina terroru haqqında Böyük Britaniya səfirini məlumatlandırıb  |     19:13 "Sumqayıt" "Qarabağ"la oyuna baş məşqçisiz çıxacaq  |     19:06 Alimlər istilik xəbərdarlığı şkalası üçün yeni rəng təqdim ediblər  |     18:54 Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb  |     18:42 Fransa təyyarəsində tüstülənmə: Bakı hava limanına qəza enişi etdi - FOTO  |     18:27 Lukaşenko: Bəzi ölkələr Belarusu müharibəyə sürükləmək istəyir  |     17:52 Rusiya müdafiə nazirinin müavini İvanov dövlətə xəyanətdə şübhəli bilinir  |     17:45 Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi  |     17:35 Bu dərmanların Azərbaycana gətirilməsi qadağası ləğv edilir  |     17:20 Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO  |     17:09 Alimpaşa Məmmədovun məhkəməsində iki müəssisə üzərindəki həbs qərarı qismən götürülüb  |     17:00 Konqoda meymunçiçəyi epidemiyası elan edilib  |     16:35 İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO  |    

Messi və Ronaldu bir-birinə neçə dəfə səs verib? - MARAQLI

Kriştianu Ronaldu və Lionel Messinin ilin futbolçusu nominasiyasında indiyədək səsvermə prosesi üzə çıxıb.

Median.Az
xəbər verir ki, hər iki futbolçu 2018-ci ilədək bir-birinə səs verməyib.

Lakin Messi ötən il Ronaldunu üçüncü, bu il isə ikinci kimi görüb. Daha da maraqlı məqamlar var. Onları təqdim edirik:

* Ronaldu yalnız bir dəfə “Barselona”lı futbolçunu üçlükdə görüb. Bu, Xavidir. Düzdür, Kriş bu il ikinci kimi “Barselona”nın futbolçusu Frenki de Yonqun adını çəkib. Lakin nəzərə alaq ki, de Yonqun adının hallanması ötən mövsüm Çempionlar Liqasında “Ayaks”da göstərdiyi oyuna görə olub.

* Messi iki dəfə üçlüyə “Real”dan futbolçu salıb. Bunlar Ronaldudan başqa, Luka Modriçdir. O bir dəfə – 2014-cü ildə Anxel di Mariyanın da adını çəkib. Lakin həmin vaxt o, “Real”dan “Mançester Yunayted”ə keçibmiş.

* “Yuventus”a keçənədək Ronaldu cəmi üç dəfə “Real”dan olmayan futbolçuları seçib. Bunlar Radamel Falkao, Xavi və Uesli Sneyderdir. “Yuventus”a keçdikdən sonra isə artıq dörd dəfə “Real”a aid olmayan futbolçulara üstünlük verib. Bunlar Antuan Qrizman (ötən mövsüm “Atletiko”da oynayarkən), Mateys de Lixt (“Yuventus”), Frenki de Yonq (“Barselona”) və Kilian Mbapedir (PSJ).

* Messi 10 dəfə “Barselona”dan olmayan oyunçuları seçib. Bunlar Serxio Aquero və Ronalduya iki, di Mariya, de Yonq, Sadio Mane, Neymar, Mbape və Luka Modriçdir.

* Ronaldu heç vaxt Portuqaliyadan olan futbolçulara səs verməyib.

* Messi dörd dəfə Argentinadan olan futbolçulara səs verib. Bunlar iki dəfə Aquero, bir dəfə di Mariya və Xavyer Maskeranodur.

Qeyd edək ki, Lionel Messi 46 xalla ilin futbolçusu seçilib. 38 xalla Vircil van Deyk II olub. Kriştianu Ronaldu isə hollandiyalı futbolçuya iki xal fərqi ilə uduzaraq III yeri tutub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 198 26.09.19 00:00