Ölkədə havaya zərərli tullantıların atılmasını azaltmaq üçün qanun qəbul edilə bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |     19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |    

Ölkədə havaya zərərli tullantıların atılmasını azaltmaq üçün qanun qəbul edilə bilər

Atmosfer havasının çirklənməsi ətraf mühitə, eləcə də insan sağlamlığına ciddi ziyan vurur. İnsanlar tərəfindən təbiətə, atmosferə atılan tullantılar isə dünya mütəxəssisləri və ekoloqları tərəfindən araşdırılır. Bu səbəbdən bir sıra ölkələrdə atmosferə atılan zərərli tullantıların qarşısının alınması üçün qanun da qəbul edilib.

Bəs Azərbaycanda necə, bu istiqamətdə hər hansı qanun layihəsinin hazırlanması gözlənilirmi?

Məsələ ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişilinin sözlərinə görə, ehtiyac olarsa, Azərbaycanda da havaya zərərli tullantıların atılmasını azaltmaq üçün ayrıca qanun qəbul edilə bilər.

O bildirib ki, dünya ölkələrində olduğu kimi, Azərbaycanda da havaya zərərli tullantıların atılmasının qarşısını almaq üçün kompleks tədbirlər görülür:

“Havada karbon qazının miqdarının azaldılması qlobal bir çağırışdır. Bu, bəzi ölkələrin sənaye siyasətinə yenidən baxmasını və xeyli investisiya qoymasını tələb edir. Ölkədə yaşıllıq sahələrinin həcmi artırılır, yeni tikilən sənaye müəssisələrində xüsusi təmizləyici qurğular quraşdırılır, köhnə texnologiyalar dəyişdirilir. Eyni zamanda avtomobil parkının yenilənməsi və elektrik avtomobillərinin təşviqi üçün qanunvericilik səviyyəsində aktlar qəbul olunub.

Bundan başqa, Azərbaycanda 2000-ci ildən Kioto protokoluna (Kioto protokolu qlobal istiləşmə və iqlim dəyişikliyi mövzusunda mübarizə aparmaq istiqamətində beynəlxalq tək protokoldur) qoşulub və öz üzərinə düşən öhdəlikləri yerinə yetirir. Sənayeləşmənin sürətlə getməsi və avtomobillərin sayının xeyli artması Azərbaycanda da bu problemə diqqəti artırmaqdadır. Lakin düşünürəm ki, ehtiyac olarsa, bu istiqamətdə ayrıca qanun da qəbul etmək mümkündür”.

Xatırladaq ki, Böyük Britaniya havaya zərərli tullantıların, karbon qazının atılmasını sıfıra endirmək məqsədilə qanun layihəsi qəbul edib. Qanuna əsasən, qarşıdakı 30 il ərzində, yəni 2050-ci ilə qədər hökumət praktik olaraq havaya buraxılan karbon qazının miqdarını sıfıra endirmək üçün müxtəlif tədbirlər görəcək.

Qeyd edək ki, Böyük Britaniya ilə yanaşı, Norveç və Finlandiya 2030 və 2035-ci ilə, Şotlandiya 2045-ci ilə, Fransa isə 2050-ci ilə qədər bu istiqamətdə öhdəliklərin yerinə yetirilməsini öz üzərinə götürüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            891 25.09.19 18:39