MN: Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur » Median.Az - Bütün xəbərlər bir ünvanda


MN: Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) vurulması xəbərlərinə reaksiya verib.

Müdafiə Nazirliyindən oxu.az-a bildirilib ki, yayılan məlumatlar dezinformasiya xarakterlidir.

Qeyd olunub ki, Ermənistan KİV-lərində yayılan xəbər həqiqətə uyğun deyil.

“Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur. Təqdim olunan fotodakı PUA-nın hazırda işğal olunmuş ərazilərdə Ermənistan SQ-nin keçirdiyi təlimlərdə “şərti düşmən” hədəfi kimi istifadə edilən kobud formada hazırlanmış maket olduğu istisna edilmir”, - deyə Müdafiə Nazirliyi bəyan edib.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          842 25.09.19 17:11