Mehriban Əliyeva Əməkdar artistə ev hədiyyə etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda


Mehriban Əliyeva Əməkdar artistə ev hədiyyə etdi
Birinci vitse-prezident Mehriban Əliyeva Əməkdar artist Şəlalə Şahvələdqızına ev hədiyyə edib.

Bu barədə aktrisa özü məlumat yayıb:

"Göstərdiyi diqqətə və qayğıya, məni iki otaqlı mənzillə təmin etdiyinə görə Azərbaycanın birinci xanımı, Vitse-prezidentimiz Mehriban xanım Əliyevaya ürəkdən təşəkkür edirəm.

Əziz və sevimli Mehriban xanım, Siz, mənim illər uzunu ən böyük problemimi - evsizliyi həll etdiniz. Mənim qoca və xəstə anamın sevinc göz yaşları üçün sizə xüsusilə minnətdaram.

Sizi çox sevirəm, gözəl ürəkli insan. Artıq Şəlalə Şahvələdqızının da öz evi var, dostlar. Hamınızın arzularınıza çatması diləyi ilə".


скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          973 25.09.19 14:44