“Bərəkətli” bazarında səhər saat 4-də yumurta növbəsi - VIDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:53 Sabah Bakının üç rayonunda qaz olmayacaq  |     21:46 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir  |     21:28 Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərilib  |     21:17 Almaniya Prezidenti Türkiyəyə səfər edəcək  |     21:11 Almaniya millisinin sabiq futbolçusu vəfat edib  |     20:58 Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - PROQNOZ  |     20:50 Azərbaycanda hesabatlılıqdan yayınan provayderlər cərimələnib  |     20:45 Jozep Borrell: İranın İsrailə cavab zərbəsi endirəcəyini bilirdik  |     20:39 Tayvan yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb  |     20:26 HƏMAS İsrailə güzəştə getməkdən imtina edib  |     20:19 ABŞ İranla bağlı sənədi BMT TŞ-yə göndərib  |     20:18 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib  |     20:12 Bakıda qadın sürücü yol qəzasında ağır xəsarətlər alıb  |     20:01 Çexiya Ukrayna üçün 180 min mərmi almağa razılaşıb  |     19:54 Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib  |     19:36 Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək  |     19:20 ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır  |     18:53 Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO  |     18:27 Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub  |     18:06 Rusiyada “TikTok”un bloklanması təklif olunub  |    

“Bərəkətli” bazarında səhər saat 4-də yumurta növbəsi - VIDEO

Qonşu Türkmənistanda əsas ərzaq malları yenidən qıtlaşmaqdadır.

Virtualaz.org xəbər verir ki, “Türkmənistan xronikası” saytı paytaxt Aşqabadda yumurta növbəsini əks etdirən videokadrları yayıb. Kadrlara əsasən paytaxtın “Bereketli” bazarının qapıları önündə səhər saat 4 radələrindən etibarən yumurta almaq istəyənlərin uzun növbəsi yaranıb. Bazarın qapıları saat 06.00-da açılır və dərhal yumurta satışı başlayır, bu zaman basabas yaranır. Yumurtanı adambaşına 11 ədədi 5 manata olmaqla satırlar. Görünür belə qiyməti ona görə qoyublar ki, uzun növbə şəraitində satıcılara qalıq qaytarmaq asan olsun.

Saytın müxbirləri (onlar Türkmənistanda qeyri-leqal işləyir) xəbər verirlər ki, bazarın qapısı açılan kimi növbə basabasa çevilir, yumurta almaq istəyənlər bir-birlərini itələyir, qışqırır və söyür. Yumurta qısa vaxtda satılıb qurtarır və hamıya çatmır.

Müxbirlər bildirirlər ki, qapıların açılmasından bir neçə dəqiqə əvvəl bazarın cənub çıxışında içəridən əllərində 30 ədədlik yumurta qutuları ilə çıxanları da görüblər. Bunlar dövlət mağazalarının satıcılarının tanışları və ya qohumlarıdır. Onlar 11 ədədlik yumurta növbəsində dayanmırlar və “arxa qapıdan” istədikləri sayda yumurta alıb çıxırlar.

Ticarətçilər yumurta satışının səhər açılmadan başlamasını belə izah edirlər ki, rəhbərlik növbələri, basabası, söyüşləri və davaları görməməlidir. Satıcılar da səhər saat 4-dən oynmaq istəmir, amma başqa çarələri yoxdur.

Analoji situasiya yerli istehsal olan toyuq ətinin dövlət qiymətinə satışı ətrafında da hökm sürür. İdxal toyuq əti isə son zamanlar mağazalardan yoxa çıxıb.

Bundan əvvəl Türkmənistanda yuxarı oktanlı benzinin qıtlaşdığı haqda xəbərlər yayılmışdı.

Ölkədə əsas ərzaq mallarının qıt olduğu bir vaxtda türkmənlər prezident Qurbanqulu Berdıməhəmmədovun türkmən qoyun iti alabay haqda kitabının çapdan çıxmasını bayram edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 052 24.09.19 22:07