Dünyada süni mayalanma ilə dünyaya gələn ilk insan: Mənə qeyri-adi adam kimi baxırlar » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |    

Dünyada süni mayalanma ilə dünyaya gələn ilk insan: Mənə qeyri-adi adam kimi baxırlar

Süni mayalanma üsulu ilə dünyaya gələn ilk insan Luis Braun artıq 41 yaşını qeyd edir. Yaşı ərəfəsində Türkiyənin NTV kanalında qonaq olan Luis Braun, uşaqlığından bəhs edib və insanlarda maraq doğuran sualları cavablandırıb. Onun sözlərinə görə, uşaqlıq illərində onun fərqli üsulla doğulduğunu bilən dostları onu qeyri-adi insan kimi görürmüş. Braunun bacısı da onunla eyni taleni yaşayıb.

Median.Az
medicina.az-a istinadən həmin müsahibəni təqdim edir:

- Həyatın necə davam edir ? Fərqli bir hadisə yaşamısan ?
- Əslində hər kəsin həyatı kimi mənim həyatım da normaldır, amma media marağında olduğum üçün tez-tez pediatriya sahəsində tədbirlərə, televerilişlərə dəvət alıram. Hətta yolda gedərkən mənimlə şəkil çəkdirmək üçün yaxınlaşanlar belə olur. İnsanlar tərəfindən diqqət görmək, sevilmək bu çox gözəldir. Uşaq olduğumda hər zaman anamdan soruşardım: "Mən normal böyüyəcəm? Fiziki quruluşumda hər hansısa bir fərqlilik ola bilərmi?". Çünki xəbəri eşitdiyim ilk gündən çox narahat idim.
Anam və atam məktəbə başlamazdan əvvəl məni qarşılarına qoyaraq, sadəcə fərqli doğulduğumu dedilər və həqiqətən də fərqliliyimin sadəcə bunda olduğunu bildirdilər. Ondan sonra çox rahatlaşdım və həyatıma davam etdim.

- Yəni siz tamamilə normalsız? (Zarafatla)
- Əlbəttə.. ( Gülür )
Özümdə fiziki və ya bioloji heç bir fərqlilik görmürəm.


- Ailəniz süni mayalanma ilə övlad sahibi olmaq qərarına necə gəliblər?
- Ailəm uzun illər övlad sahibi ola bilməyiblər və 9-cu ilin sonunda həkimə müraciət ediblər. Daha əvvəlki sınaqlardan xəbərdar imişlər və onlarda süni mayalanma ilə bağlı sınaqda iştirak etməyə qərar veriblər.

- Bacınızın da süni mayalanma üsulu ilə doğulduğunu qeyd etmişdiniz, elədir?
- Bəli, o, dünyada süni mayalanma ilə doğulan 40-cı uşaqdır. Məndən 4 il sonra doğulub.


- Süni mayalanma üsulu ilə doğulduğunuzdan ilk dəfə nə zaman xəbərdar oldunuz?
- 4 yaşım var idi və yaşadığımız ərazi kiçik idi. Hamı mənim süni mayalanma üsulu ilə doğulduğumu bilirdi. Ailəm də mən məktəbə başlamadan əvvəl bunu bilməyimi istəyiblər. Və beləcə 4-cü yaş günümdə bunu mənə dedilər.

- Dostlarınız və başqa uşaqlar bunu biləndə sizi necə qarşıladılar?
- Heç bir əks münasibət göstərmədilər. Sadəcə mənə daha üstün biriymişəm kimi baxırdılar. ( Gülür) Dostlarım isə hər zaman yanımda oldu, bir yerdə böyüdük.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 380 24.09.19 21:44