Erməni qubernator polkovnikin döyülməsinə görə istefa verir » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |     13:03 Mingəçevirdə sakinlər binanın zirzəmisinə dolan çirkab sulardan şikayətçidirlər - VİDEO  |     13:02 Lukaşenko hakimiyyətdən nə vaxt gedəcəyinə aydınlıq gətirdi  |     12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |    

Erməni qubernator polkovnikin döyülməsinə görə istefa verir

Ermənistanın Vayoç-Dzorski vilayətinin qubernatoru Trdat Sarkisyan polkovnik-leytenantın döyülməsi ilə bağlı qalmaqaldan sonra istefa vermək istədiyini bildirib.

“RİA Novosti”nin verdiyi məlumata görə, məmurun sağlamlığına qəsdən ciddi ziyan vurmaq ittihamı ilə qubernatorun köməkçisi Arutyun Qriqoryan həbs olunub. Baş Prokurorluq Sarkisyanın hadisədə iştirakının mümkünlüyünü yoxlayır.

Sentyabrın 18-də hərbçilərlə regional rəhbərlik arasında yaşanan münaqişə nəticəsində Yerevandan 125 kilometr aralıda yerləşən Yexenadzor şəhərində polkovnik-leytenant və iki zabit xəsarət alıb.

Sarkisyan öz “Facebook” səhifəsində hadisə zamanı evdə olduğunu bildirərək istintaqa hadisədə iştirak etməməsinə dair faktlar təqdim edib.

Bununla yanaşı, o, hadisədə iştirakını bir daha təkzib edərək Ermənistanda siyasi etikanın və siyasi məsuliyyətin formalaşmasına böyük əhəmiyyət verdiyini, strateji təlimlər (5 oktyabr - red.) başa çatdıqdan sonra Vayoç-Dzorski vilayətinin qubernatorluğundan istefa vermək qərarına gəldiyini açıqlayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 811 24.09.19 13:04