Median.Az xəbər verir ki, sentyabrın 20-də Şəmkir rayonunun Könüllü kəndi ərazisində, Gəncə şəhər sakini Ü.Şabanov idarə etdiyi “Niva” markalı avtomobili aşırıb.
Nəticədə sərnişini, Gəncə şəhər sakini Asif Cəfərov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.
DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.