Bərdə rayonunda güclü külək başlayıb.
Median.Az report-a istinadən xəbər verir ki, axşam saatlarından başlayan külək ilk olaraq elektrik təsərrüfatına ziyan vurub.
Təbii hadisə ilə əlaqədar bir neçə kəndə enerjinin verilişi dayandırılıb. Şəhər mərkəzinin bəzi küçələri işıqsız qalıb.
Küləyin vurduğu ziyan araşdırılır.