Vakant dövlət qulluğuna müsahibə davam edir » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |     18:52 Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır  |     18:33 Bakıda işçi mühafizə etdiyi idman zalınının kassasını talayıb - VİDEO  |     17:12 Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur  |     17:03 Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - VİDEO  |     16:46 Azərbaycanın xarici dövlət borcu açıqlandı  |     16:42 Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi  |     16:40 Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR  |     16:31 İsrail Livanda "Hizbullah"ın iki komandirini öldürüb  |     16:28 Prezident: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”  |     16:28 Azərbaycanda 51 kiloqram narkotik aşkarlanıb, həbs olunanlar var - FOTO/VİDEO  |     14:23 Ukraynanın yeni səfiri Azərbaycana gəlib  |     14:15 Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub  |     13:49 Viktor Orban Ukraynada münaqişənin bitəcəyi vaxtı proqnozlaşdırıb  |     13:37 Azərbaycanda elektron siqaretlər qadağan olunsun - Deputatdan TƏKLİF  |    

Vakant dövlət qulluğuna müsahibə davam edir

Ümumilikdə 10 dövlət orqanında 158 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 12-də elan olunmuş müsabiqənin müsahibə mərhələsi davam edir.

Median.Az DİM-in saytına istinadən xəbər verir ki, sentyabrın 21-i saat 17:30-a olan göstəricilərə görə, müsabiqənin müsahibə mərhələsində iştirak etmiş şəxslərdən 101 nəfər uğur qazanıb. Onlardan 46 nəfər Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində, 32 nəfər Əmlak Məsələləri Dövlət Komitəsində, 11 nəfər Mədəniyyət Nazirliyində, 5 nəfər Əqli Mülkiyyət Agentliyində, 4 nəfər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində, 2 nəfər İsmayıllı Rayon Məhkəməsində, 1 nəfər isə Şirvan Apelyasiya Məhkəməsində müxtəlif vəzifələrə uyğun bilinib.
İyulun 29-dan başlanan müsahibələr noyabrın 5-də yekunlaşacaq. Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Mədəniyyət Nazirliyi (54 vəzifə) tərəfindən çıxarılıb.

Qeyd edək ki, müsahibədə iştirak üçün sənəd qəbulu iyulun 12-də başa çatıb və 2163 namizəd qeydiyyatdan keçib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            953 21.09.19 20:00